Ukrayna 11 İran PUA-sını məhv etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusu fevralın 27-nə keçən gecə İran istehsalı olan “Shahed” tipli 14 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum edib.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, həmin PUA-lardan 11-i səmada məhv edilib. Məlumata görə, Ukrayna müdafiəçiləri ötən sutka Rusiya hərbçilərinin 81 hücumunun qarşısını alıb.
Baş Qərargahdan vurğulanıb ki, Rusiya Ordusu Ukraynanın mülki obyektlərinə 5 raket və 2-si “Shahed-136” olmaqla 13 aviasiya zərbəsi endirib. Bundan başqa, Ukrayna Ordusu Rusiyanın 2 dronunu məhv edib.
Bildirilib ki, Rusiya hərbçilərinin mülki obyektlərə hücumu nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var. Həmçinin qeyd edilib ki, Rusiya Ordusu Zaporojyedə mülki obyektlərə raket zərbəsi endirib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
