Ukrayna Belqorod və Kursku hədəfə aldı, Rusiya isə... | Müharibədə son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Xarkov şəhəri gecə saatlarında Rusiya tərəfindən həyata keçirilən kütləvi dron hücumuna məruz qalıb.
Bu barədə Xarkov meri İqor Terexov məlumat verib.
Hadisə nəticəsində 2-si uşaq olmaqla 9 nəfər yaralanıb. Dron zərbələri şəhərin Slobodskoe rayonunda yerləşən kommunal müəssisələrdən birinin ərazisinə endirilib. Müəssisənin əməkdaşı olan bir qadın xəsarət alıb. Zərbənin endirildiyi ərazidə yanğın baş verib, dağıntılarla bağlı məlumatlar dəqiqləşdirilir.
Hadisə nəticəsində 30-dan çox yaşayış evinə və çoxmərtəbəli binaya da ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, gecə ərzində Hava Hücumundan Müdafiə qüvvələri Belqorod və Kursk vilayətlərində Ukraynaya məxsus ümumilikdə 27 PUA məhv edib.
#Rusiya Müdafiə Nazirliyi teqi istifadə olunub
