Ukrayna bu hücumun qarşısını ala bilmədi | Son 24 saatda elə zərbələr oldu ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Ukrayna arasında sutka ərzində 131 hərbi toqquşma qeydə alınıb.
Döyüşlərdən 60-ı Pokrovsk istiqamətində olub.
Rusiya Ordusu Sumının şimalında və Donetskin Liman şəhəri istiqamətində irəliləyib. Bu barədə məlumat ABŞ-nin müharibənin öyrənilməsi institutunun hesabatında yer alıb.
Rusiya “Shahed” tipli 71 dronla Ukraynaya hücum edib. Pilotsuz uçuş aparatlarından 26-nın qarşısını almaq olmayıb, digərləri zərərsizləşdirilib.
Xarkovun Böyük Burluk qəsəbəsinə endirilən zərbə nəticəsində bir nəfər yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski 4 yeni dron müqaviləsi imzaladığını açıqlayıb. Sazişlərin ümumi dəyəri təxminən 72 milyon dollardır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Ukraynaya aid 33 PUA məhv edilib. Dronlardan 12-si Tula, 11-i Rostov, 6-sı Nijnenovqorod vilayətlərində vurulub. Bryanskda 2, Kurskda 1, Kaluqada da 1 PUA zərərsizləşdirilib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
