Ukrayna buna dözə bilməyəcək | Zelenskidən müharibənin gedişatı barədə kritik etiraf
Yeniliklərdən dərhal xəbərdar olun
"Ukraynanın ordunu maliyyələşdirmək üçün pulu yoxdur".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın "Time" jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynanın büdcəsi ordunun ehtiyaclarını maliyyələşdirmək üçün kifayət etmir, ona görə də Kiyev Avropanın dəstəyinə ümid edir.
"Əgər atəşkəs olsa, fasilə yaransa, ordu dözə biləcəkmi? Onların istirahətə, rotasiyaya, ehtiyata, maaşa ehtiyacı var. Məncə, bu, əsl problemdir, çünki ordu həmişə indikindən daha kiçik olub. Ordu əvvəlkindən üç dəfə çox olanda isə onu maliyyələşdirmək lazım gələcək. Ukrayna bunun öhdəsindən gələ bilməz", ‒ deyə V.Zelenski söyləyib.
Onun fikrincə, Ukrayna ordusuna vəsaitin ayrılması üçün xüsusi proqramlar olmalıdır: "Avropa onları maliyyələşdirməlidir. İdeal olaraq isə Avropa və Amerika maliyyələşdirməlidir. Amma indiki şəraitdə mən daha çox Avropaya güvənirəm".
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
