Pleyeri seçin:

Ukrayna bunu etsə, Rusiya üçün çox böyük problem yaranacaq | Hərbi ekspertdən mühüm açıqlama

15 avqust 2024 421 baxış

“Rusiyada yaşayış məntəqələrinin itirilməsi müvəqqəti hal kimi qiymətləndirilir. Odur ki, ruslar Kursk vilayətinə az miqdarda ehtiyat qüvvələr göndəriblər. Yəqin ki, düşmən bu regiondakı vəziyyəti ciddi qəbul etmir və qüvvələrini cəmləşdirdiyi Donetsk vilayətində hücumu daha vacib sayır”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin hərbi eksperti, təlimatçı pilot və ehtiyatda olan polkovnik Roman Svitan deyib.

Onun fikrincə, Rusiyada yaşayış məntəqələrinin ələ keçirilməsinin özü əhəmiyyətsizdir, çünki böyük ərazisi var.

R.Svitan əlavə edib ki, ruslar üçün prioritet vəzifə Donetsk, Luqansk, Xerson və Zaporojyeni tutmaqdır:

“Bundan əlavə, ukraynalılara Kursk vilayəti lazım deyil və Kiyev Kursk Atom Elektrik Stansiyasını partlatmayacaq. Lakin Kursk, Belqorod və Bryansk bölgələrində elektrik enerjisinin yenidən paylanması mexanizmlərini söndürə bilərlər. Bu, artıq ruslar üçün problemdir, ona görə də atom elektrik stansiyasını müdafiə etməyə çalışacaqlar.

Ruslar Kurska görə Donetskdə hücumu dayandıra bilərdilər, amma yenidən başlamaq çətin olardı. Onlar Şərq cəbhəsində hərəkətə başlayıblar və dayanmayacaqlar”.

R.Svitanın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin qarşısında indi Kurskda irəliləmək və Moskva istiqamətində bütün sərhəd xətti boyunca reydlər aparmaq da daxil olmaqla, geniş spektrli vəzifələr durur.

O, əmindir ki, hər şey yaxın gələcəkdə rusların özlərini necə aparmasından asılı olacaq:

“Əgər onlar Kursk bölgəsinə kifayət qədər qoşun köçürməyə başlasalar, Şərq cəbhəsindəki təzyiqləri azaldacaqlar, o zaman Kursk bölgəsində Ukraynanın irəliləyişini dayandıracaqlar, əgər bunu etməsələr, o zaman ukraynalılar irəliləyəcəklər”.

R.Svitan bildirib ki, Kursk vilayətinə hücum Ukraynaya Rusiyanın Sumı istiqamətində irəliləmək cəhdini dayandırmağa imkan verdi. Ona görə də güman etmək olar ki, Ukrayna Silahlı Qüvvələri öz əməliyyatları çərçivəsində tapşırıqların əksəriyyətini yerinə yetirib. R.Svitan iddia edib ki, Kursk əməliyyatı çox əvvəllər həyata keçirilməli idi. 

Banner
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 421 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 421 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 421 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 421 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 421 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 421 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 421 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 421 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 421 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 421 baxış
Seçilmişlər
icon