Ukrayna cənubda əks-hücuma keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 7-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələri Xerson istiqamətində Dnepr çayının sol sahilində işğal altında olan ərazilərə əks-hücum əməliyyatı həyata keçirib.
Eyni zamanda gecə və səhər saatlarında işğal altında olan Krıma ardıcıl dron zərbələri endirilib. Krıma hücum ilə bağlı Ukrayna tərəfi rəsmi açıqlama verməsə də, yerli “Telegram” kanalları bunun görüntülərini yayıblar.
Məsələ ilə bağlı Baku TV-nin Şərqi Avropa bürosu Ukrayna Silahlı Qüvvələrindən hadisəni dəqiqləşdirib. Ukrayna Silahlı Qüvvələri cənub birləşmələri üzrə sözçüsü Nataliya Qumenyuk ordunun əks-hücum həmlələr etdiyini təsdiqləyib.
Onun sözlərinə görə, Rusiya sağ sahilboyu hücumlarını Xersonda, Ukrayna isə öz növbəsində sol sahildə əməliyyatlarını davam etdirir. Rusiyanın 8 canlı qüvvəsi, 7 texnikası sıradan çıxarılıb. Nataliya Qumenyuk bildirib ki, Krımda yay tətili gözləməsinlər.
“Biz düşmənin uzun illərdən bəri işğal etdiyi ərazini azad etməyi hədəfləmişik. Ukrayna ərazisində əməliyyat aparırıq və bundan sonra belə aksiyaların sayı çox olacaq, bizim hədəfimiz düşmənin cəmləşdiyi hərbi obyektləridir və onların təmizlənməsi istiqamətində işləri davam etdirəcəyik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, gün ərzində də bu kimi həmlələr Ukrayna Ordusu tərəfindən cənub istiqamətində davam edib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
