Pleyeri seçin:

Ukrayna danışıqların belə olmasını qəbul etməyəcək | Putinlə danışmağı xoşlamıram...

19 fevral 2025 182 baxış

“Ukraynaya konkret təhlükəsizlik təminatları lazımdır”.

Bu barədə Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski “CNN Türk”ə müsahibəsində bildirib.

“Vladimir Putin əgər müharibəyə dönmək istəsə, müzakirə masasında onu dayandıracaq insanlar olmalıdır. Bizə sözlə deyil, real və konkret təhlükəsizlik təminatlarını verə biləcək kimlərsə olmalıdır. Biz belə bir dialoqa hazırıq. Diplomatiyanın nə olduğunu bilirik.

Əlbəttə, V.Putinlə danışmağı o qədər də xoşlamıram. Biz düşmənik və düşmənçiliyimiz davam edir. Ancaq biz bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik. Tərəfdaşlar arasında hər şey açıq kommunikasiya ilə olmalıdır. Biz şahmat oynaya bilmərik. Çünki şahmatda hər bir addımınız bəzən onlarla, yüzlərlə, minlərlə insanın ölümünə səbəb olur”, – V.Zelenski vurğulayıb.

Ukrayna Prezidenti ABŞ-nin Rusiya ilə ikitərəfli əlaqələrinə də münasibət bildirib:

“Bəyənsəm də, bəyənməsəm də, bu onların ikitərəfli əməkdaşlığıdır və ABŞ-nin öz qərarıdır, yoxsa əlbəttə, onların V.Putini siyasi izolyasiyadan çıxardıqlarını müşahidə edirik, amma yenə deyirəm ki, bu onların qərarıdır. Ancaq nə vaxt “Bizim müharibənin başa çatmasına dair planlarımız bunlardır” deyildiyində, bu bizdə suallar yaradır.

Biz müzakirə masasının harasındayıq? Müharibə Ukraynada gedir. V.Putin ukraynalıları öldürür, amerikalıları, ya da avropalıları yox. Elə buna görə də açıq şəkildə bildiririk ki, siz nə istəsəniz, müzakirə edə bilərsiniz, amma bizsiz Ukraynanı müzakirə etsəniz, qəbul etməyəcəyik. Məncə, bu, olduqca ədalətlidir”.

Müharibəni bitirmək üçün həm Ukraynanın, həm də Rusiyanın danışıqlar masası arxasında olmasına diqqət çəkən V.Zelenski danışıqlarda təkcə Avropa İttifaqının deyil, Avropa qitəsinin də təmsil olunmasının vacibliyini bildirib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 182 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 182 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 182 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 182 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 182 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 182 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 182 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 182 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 182 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 182 baxış
Seçilmişlər
icon