Ukrayna dronları Rusiya üzərində | Hava limanı uçuşları dayandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna PUA-ları ilk dəfə olaraq Rusiyanın eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini yarıb keçə bilib.
Bu barədə Rusiyanın “Kanal vizionera” “Telegram” kanalı məlumat yayıb.
“Hələlik bu, Moskva şəhərində deyil, Moskva vilayətində baş tutub. Şaturskaya DRES-i kütləvi hücuma məruz qalıb. Moskva vilayətindəki stansiyaya yeddi Ukrayna PUA-sı zərbə endirib. Nəticədə DRES-in üç transformatoru və bir turbin sexi yanıb. Rusiya Müdafiə Nazirliyi hücumu təkzib edib”, ‒ deyə məlumatda qeyd olunub.
Bu arada, Moskva istiqamətində uçan Ukraynaya məxsus pilotsuz uçuş aparatı vurulub.
Şəhərin meri Sergey Sobyanin qeyd edib ki, Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Moskvaya doğru uçan PUA hücumunu dəf edib, təcili yardım xidmətləri dronun hissələrinin düşdüyü ərazidə zəruri tədbirlər görüblər.
Hadisə ilə əlaqədar Moskvanın Vnukovo Hava Limanı bütün uçuşları dayandırıb.
#Moskva teqi istifadə olunub
- Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır
- Üç gündür davam edən dron təhlükəsi: Moskvada nələr yaşanır? - Baku TV CANLI
- Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI
- Rusiya ilə Litva arasında gərginliyin artma səbəbi nədir? - Baku TV CANLI
- Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI
