Pleyeri seçin:

Ukrayna dronlarla Moskvanı hədəfə aldı | Hücumlarla bağlı təcili xəbərdarlıq - Baku TV

12 dekabr 2025 570 baxış

Dekabrın 10-dan 11 i səhər saatlarına qədər Moskvaya hücum edən 32 pilotsuz uçuş aparatı, hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Bu barədə Moskva meri Sergey Sobyanin "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hava hücumu hələ də davam edir, hadisə yerində fövqəladə xidmətlər işləyir.

Dekabrın 10-u saat 23:00 radələrindən etibarən ölkə mətbuatında Moskvaya yaxınlaşan dronlar barədə məlumatlar verilir. Moskva bölgəsi üçün dron təhlükəsi ilə bağlı "qırmızı" xəbərdarlıq verilib.

PUA hücumu səbəbilə Moskvanın bütün hava limanlarında təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq edilib. Rusiya paytaxtının hava məkanı tam bağlanıb. Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında 133 uçuş ləğv edilib, gecikib və ya başqa istiqamətə yönləndirilib.

Qeyd edək ki, Moskvanın hava limanları dekabrın 11-i yerli vaxtla saat 8-də fəaliyyətlərini bərpa edib. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, dekabrın 11-i gecə ərzində hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus 287 PUA vurulub.

Dekabrın 11-nə keçən gecə Ukraynaya məxsus PUA Rusiyanın Veliki Novqorod şəhərinə hücum edib. İlkin məlumata görə, kimya zavoduna zərbə endirilib və yanğın baş verib. Zavoda ciddi ziyan dəyib. Qeyd edək ki, zavod Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir.

Ukrayna Baş Qərargahından isə bildirilib ki, son sutka ərzində Rusiyanın 1460 hərbçisi məhv edilib. Ümumilikdə isə müharibə başlayandan bəri 1 185 080 hərbçi zərərsizləşdirilib.

Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, Rusiya Silahlı Qüvvələri də gecə və səhər saatlarında Ukrayna ərazilərini dron və raketlərlə atəşə tutub. Poltava vilayətinin Kremençuq rayonunda hücum səbəbilə yanğınlar baş verib.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 570 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 570 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 570 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 570 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 570 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 570 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 570 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 570 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 570 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 570 baxış
Seçilmişlər
icon