Pleyeri seçin:

Ukrayna ərazi güzəşti müqabilində bunları alacaq

05 dekabr 2025 134 baxış

Avropa İttifaqı ölkələri arasında Ukraynanın Rusiya ilə müharibəni bitirmək naminə ciddi ərazi güzəştlərinə getməli olacağı barədə fikir getdikcə güclənir.

Bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, Brüsseldə heç kim bunu açıq şəkildə etiraf etməsə də, Ukraynanın Rusiyaya ərazi verməli olacağı fikri tədricən öz yerini gücləndirir.

Mənbə bildirib ki, Fransa, Almaniya, Finlandiya, İtaliya və Böyük Britaniyanın təhlükəsizlik məsələləri üzrə nümayəndələri ilə Ukraynanın sülh danışıqları üzrə nümayəndə heyətinin rəhbəri Rustem Umerov arasında Brüsseldə keçirilən görüş səmərəli olub, amma müharibənin dayandırılması üçün Rusiyanın tələb etdiyi ərazilərlə bağlı müttəfiq ölkələrin mövqelərində müəyyən incəlikləri üzə çıxarıb.

“Bəzi Avropa nümayəndələri bunu açıq deməsələr də, Rusiyanın tələb etdiyi ciddi güzəştlər olmadan sülhün mümkün olmayacağına işarə ediblər. Umerov isə belə bir vəziyyətin qəbul edilməsinin yalnız emosional, siyasi və təhlükəsizlik nəticələrinə görə yox, həm də həmin ərazilərin Ukrayna Konstitusiyasında təsbit olunması səbəbindən çətin olduğunu bəyan edib”, – İspaniya nəşri qeyd edib.

Həmçinin Ukraynanın mümkün ərazi güzəşti barədə ideya Baltikyanı ölkələr və Polşada ciddi müqavimətlə üzləşib, onlar bu güzəşti təkcə hədsiz həssas məsələ kimi yox, həm də öz ərazi bütövlüklərinə ciddi təhdid kimi qiymətləndirirlər. Amma reallıq budur ki, Ukraynanı dəstəkləyən “Könüllülər Koalisiyası”nda Kiyevin müharibəni dayandırmaq üçün ciddi güzəştlərə getməli olacağı barədə fikir güclənir.

Hazırda əsas məsələ ABŞ-nin Kremlin yeni hücumunun qarşısını almaq üçün sülh planı çərçivəsində Ukraynaya hansı təhlükəsizlik təminatlarını verib-verməyəcəyi ilə bağlıdır. Hazırda sülh danışıqlarında əsas mübahisə – Ukraynanın müharibəni dayandırmaq üçün hansı güzəştlərə getməli olacağı, Avropa İttifaqının bunu necə dəstəkləyə biləcəyi və Volodimir Zelenski hökumətinin bu güzəştləri yerli ictimaiyyətə necə qəbul etdirə biləcəyi ətrafında gedir.

Cavab isə hazırda müttəfiqlərin Ukrayna üçün üzərində işlədikləri təhlükəsizlik təminatlarında gizlidir, ABŞ-nin bu prosesdə yer alıb-almayacağı isə bir başqa məsələdir. Hər halda Vaşinqton belə bir təminat verə biləcəyini istisna etməyib.

Başqa bir cavab isə Avropa İttifaqındadır. “El Pais”in fikrincə, Ukraynanın İttifaqa üzvlüyü Kiyevin bəzi sərt güzəştləri qəbul etməsinə qarşılıq ola bilər.

Rusiya buranı nəzarətə götürdü | Ukrayna Ordusunun qisas cəhdi necə nəticələndi? - Baku TV

Rusiya buranı nəzarətə götürdü | Ukrayna Ordusunun qisas cəhdi necə nəticələndi? - Baku TV

Dünya
12 yanvar 2026 134 baxış
Gələcəkdə Qərb və ABŞ hansı sistemlə idarə olunacaq?

Gələcəkdə Qərb və ABŞ hansı sistemlə idarə olunacaq?

Dünya
12 yanvar 2026 134 baxış
İranda iğtişaşlara qarşı kütləvi aksiya | Molla rejiminin tərəfini kimlər saxladı? - Baku TV CANLI

İranda iğtişaşlara qarşı kütləvi aksiya | Molla rejiminin tərəfini kimlər saxladı? - Baku TV CANLI

Dünya
12 yanvar 2026 134 baxış
ABŞ Prezidenti İrandakı iğtişaşlarla bağlı addımları müzakirə edir - Baku TV CANLI

ABŞ Prezidenti İrandakı iğtişaşlarla bağlı addımları müzakirə edir - Baku TV CANLI

Dünya
12 yanvar 2026 134 baxış
Trampdan İranda əks-səda yaradacaq anons | ABŞ hərəkətə keçir! - Baku TV

Trampdan İranda əks-səda yaradacaq anons | ABŞ hərəkətə keçir! - Baku TV

Dünya
12 yanvar 2026 134 baxış
Nasist olsa da, 1200 yəhudinin xilaskarı olan Şindler niyə yoxsul öldü? - ARAŞDIRMA

Nasist olsa da, 1200 yəhudinin xilaskarı olan Şindler niyə yoxsul öldü? - ARAŞDIRMA

Dünya
12 yanvar 2026 134 baxış
İlin ən yaxşıları açıqlandı | "Qızıl Qlobus" mükafatının qalibləri bəlli oldu - Baku TV

İlin ən yaxşıları açıqlandı | "Qızıl Qlobus" mükafatının qalibləri bəlli oldu - Baku TV

Dünya
12 yanvar 2026 134 baxış
İran xalqı dayanmaq bilmir | ABŞ hücum planını işə salır? - Baku TV CANLI

İran xalqı dayanmaq bilmir | ABŞ hücum planını işə salır? - Baku TV CANLI

Dünya
12 yanvar 2026 134 baxış
Ukrayna “Lukoil”in qazma qurğularını vurub

Ukrayna “Lukoil”in qazma qurğularını vurub

Dünya
12 yanvar 2026 134 baxış
“200-dən çox xallı, 100 baş da Altay maralımız var” | Anastasiya Qrafinya

“200-dən çox xallı, 100 baş da Altay maralımız var” | Anastasiya Qrafinya

Dünya
12 yanvar 2026 134 baxış
Seçilmişlər
icon