Ukrayna Fransadan üzr istəməsini tələb edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko həmin ölkənin RTL telekanalının aparıcılarından Volodimir Zelenski ilə bağlı etdikləri zarafatlarına görə üzr istəmələrini tələb edib.
Belə ki, sözügedən telekanalda yayımlanan verilişlərdən birində aparıcı Ukrayna liderinin Yelisey sarayına “öz sirki” ilə gəldiyini deyib. Digər aparıcılar da onun bu uğursuz zarafatına gülməyə başlayıblar.
Məlum hadisə Ukraynada böyük narazılıqla qarşılanıb. Səfir Vadim Omelçenko “Twitter” səhifəsində həmin verilişdən bir parça dərc edib. Bildirib ki, proqramda V.Zelenskinin avropalı siyasətçilərlə görüşləri “Ukraynaya kömək etmək üçün” sirk tamaşasının reklamı kimi səsləndirilir.
“Bu, rüsvayçılıq və nəzakətsizlikdir. Mən Prezidentimdən, öz azadlığı uğrunda mübarizə aparan və əziyyət çəkən Ukrayna xalqından üzr istəmənizi tələb edirəm”, – deyə V.Omelçenko narazılığını bildirib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
