Ukrayna lideri Krım tatarları ilə bağlı Ərdoğana müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən həbs edilən Krım tatarlarının siyahısını verib.
Bu barədə Ukrayna Prezidenti İstanbulda Ərdoğanla baş tutan mətbuat konfransında deyib.
O qeyd edib ki, həbs edilən tatarların sayı getdikcə artır və hələ də onların Ukraynaya dönmələri üçün səylər nəticə verməyib. Zelenski Türkiyə liderinin bu məsələdə yardım edə biləcəyinə ümid etdiyini vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi məsələsində kömək etməyə hazır olduğunu deyib.
Volodimir Zelenski isə əlavə edib ki, Kiyev və Ankara müdafiə sektorunda birgə layihələrə dair hökumət və şirkətlər səviyyəsində razılıq əldə ediblər.
“Biz müzakirə etdiyimiz layihələri həyata keçirmək üçün mümkün qədər tez hərəkət etməyə hazırıq”, – deyə Ukrayna lideri bildirib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
