Ukrayna Ordusu ilə bağlı müharibənin gedişatını dəyişdirəcək iddia
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynaya taktiki nüvə silahları verilib.
Bu iddia ilə Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin çıxış edib.
Onun sözlərinə görə, F-16 qırıcılarının Ukraynaya çatdırılması taktiki nüvə silahlarının da ötürüldüyündən xəbər verir: “Birincisi, F-16-lar artıq mövcuddur və əminəm ki, Ukraynada taktiki nüvə silahları da var”.
“Nyusvik” nəşri məsələ ilə bağlı qeyd edib ki, Qərbin ukraynalılara nüvə silahı göndərdiyinə dair heç bir sübut yoxdur. Ukrayna Budapeşt Memorandumu çərçivəsində Rusiya və ABŞ-nin təhlükəsizlik zəmanəti müqabilində nüvə arsenalından imtina edib. Buna baxmayaraq, kremlyönlü media və rəsmilər 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri dəfələrlə nüvə silahı haqqında xəbərlər yayıblar.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
