Ukrayna Ordusu ruslara qarşı hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Ordusu Dnepropetrovsk vilayətinin Tixoe kəndini azad edib.
Bu barədə Ukraynanın 67-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadası məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna əsgərlərinin dəqiq və koordinasiyalı, eləcə də cəsarəti sayəsində Tixoe kəndi rus hərbçilərindən tamamilə təmizlənib.
“Yaşayış məntəqəsi hazırda Ukrayna Silahlı Qüvvələrinin 67-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadasının əsgərlərinin nəzarətindədir”, – deyə məlumatda vurğulanıb.
Bu arada, Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 77 pilotsuz uçan aparatı vurub.
Müdafiə Nazirliyinin açıqlamasına görə, Saratovda 42, Rostovda 12, Krımda 10, Volqoqradda 9, Belqorodda 2, Həştərxan və Qara dəniz suları üzərində isə 1 dron zərərsizləşdirilib.
#Ukrayna Ordusu teqi istifadə olunub
- Strateji obyektə hücum Moskvanın raket proqramını ləngidə bilərmi? - Baku TV
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Neft zavodlarına zərbələr Putinin müharibə planlarını dəyişdirə bilərmi? - Baku TV
- Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə
- Ukrayna ordusu Rusiyanın bir neçə bölgəsinə zərbələr endirib - Baku TV CANLI
