Ukrayna Ordusu Saratovdakı neft emalı zavoduna zərbə endirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Ordusu Rusiyanın Saratov vilayətində mühüm obyektə zərbə endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, zərbə neft emalı zavoduna endirilib. Nəticədə müəssisədəki texnoloji qurğular zədələnib, yanğın baş verib. Hücumun hansı vasitələrlə həyata keçirildiyi barədə məlumat verilməyib.
Qeyd olunub ki, sözügedən zavoddan Ukraynaya qarşı döyüşən Rusiya Ordusunun bölmələri yanacaq-sürtkü materialları ilə təmin edilirdi.
Bu arada, Ukrayna Silahlı Qüvvələrinin 110-cu əlahiddə mexanikləşdirilmiş briqadasının komandiri Sergey Zaxareviç öldürülüb. Bu barədə rusiyalı general Sergey Sobko “Facebook” hesabında məlumat verib. S.Zaxareviçin cəbhədə döyüşlər zamanı həlak olduğu bildirilib. Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında faktı təsdiqləyib.
#Ukrayna Ordusu teqi istifadə olunub
- Strateji obyektə hücum Moskvanın raket proqramını ləngidə bilərmi? - Baku TV
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Neft zavodlarına zərbələr Putinin müharibə planlarını dəyişdirə bilərmi? - Baku TV
- Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə
- Ukrayna ordusu Rusiyanın bir neçə bölgəsinə zərbələr endirib - Baku TV CANLI
