Ukrayna ordusu Sergey Şoyqunun dediklərini təkzib edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusu Ukraynanın Maryinka şəhərini tamamilə ələ keçiriblər.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
Lakin Ukrayna tərəfi Şoyqunun dediklərini təkzib edib. “Maryinka uğrunda döyüşlər davam edir, şəhərin tam ələ keçirilməsindən danışmaq düzgün deyil”, – deyə Tavrid Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri polkovnik Aleksandr Ştupun deyib.
Onun sözərinə görə, Maryinka tamamilə dağıdılıb və xarabalığa çevrilib. Rusiya Ordusu müharibə başlayandan bu kiçik şəhəri ələ keçirməyə çalışır.
Qeyd edək ki, şəhər uğrunda fəal döyüşlər ötən ilin mart ayında başlayıb. 13,7 kvadrat kilometr ərazisi olan yaşayış məntəqəsində 2014-cü ilə qədər 10 minə yaxın əhali yaşayırdı. Lakin 10 aydır bombalanan şəhər hazırda yerlə-yeksan olub.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
