Ukrayna Ordusu Şimali Slobojansk istiqamətində irəlilədi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Ordusu Şimali Slobojansk istiqamətində irəliləyib.
Yerli mətbuatın yaydığı informasiyaya görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Şimali Slobojansk istiqamətində müəyyən ərazilərdə irəliləyişi 1 kilometrdən 2,5 kilometrə qədərdir.
Qeyd olunub ki, cəbhənin bu hissəsində Ukrayna hərbçiləri Rusiya qüvvələrinin bölmələrinin məhvi və əhalinin məskunlaşdığı ərazilərin azad olunması istiqamətində aktiv əməliyyatları davam etdirir.
"Rusiya Ordusunun maddi-texniki təminatı, təxliyəsi və bölmələrinin gücləndirilməsinin qarşısını almaq üçün kompleks tədbirlər görülür", − deyə məlumatda bildirilib.
Sumı vilayətinin Alekseyevka və Yunakovka ərazilərində də aktiv əməliyyatların aparıldığı vurğulanır.
#Ukrayna Ordusu teqi istifadə olunub
- Strateji obyektə hücum Moskvanın raket proqramını ləngidə bilərmi? - Baku TV
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Neft zavodlarına zərbələr Putinin müharibə planlarını dəyişdirə bilərmi? - Baku TV
- Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə
- Ukrayna ordusu Rusiyanın bir neçə bölgəsinə zərbələr endirib - Baku TV CANLI
