Ukrayna Ordusundan Rusiyanı sarsıdacaq əks-hücum əməliyyatı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın 1 il 6 aya yaxındır Ukraynada apardığı genişmiqyaslı müharibə hər keçən gün daha böyük fəlakətə və itkilərə səbəb olur. Milyonlarla insan evsiz və işsiz qalır, ölkə ərazisinin bir hissəsi isə hələ də işğal altındadır.
Bu günlərdə bir qrup yerli media nümayəndəsi bəyanatlarında Qərbin bu il müharibənin bitəcəyinə inandığını bildiriblər. Bu ehtimal nə dərəcədə doğrudur?
Ukrayna Ordusunun əks-hücum əməliyyatının davam etdiyini deyən deputat Yuri Kamelçukun sözlərinə görə, bu hücumun nəticəsi 3 amildən asılı olacaq.
“Söhbət döyüşmək üçün kifayət qədər silahın və hərbçilərin olması, eləcə də döyüş əhval-ruhiyyəsindən gedir. Hansı istiqamətdə irəliləmək və ərazilərimizi necə azad etməklə bağlı heç kimdən məsləhət alan deyilik. Bizim Rusiya işğalçılarından qurtulmaq, hər vilayəti, hər kəndi azad etmək üçün tam hüququmuz var. Buna görə də ilin sonuna qədər döyüş əməliyyatlarının bitib-bitməyəcəyini deyə bilmərik. Təbii ki, hər kəs müharibənin tez bitməyini arzulayır”, – deyə deputat bildirib.
Qeyd edək ki, Ukrayna Ordusu iyulun 30-dan etibarən bütün cəbhə boyu geniş əks-hücum əməliyyatına başlayıb. Ötən gecə həmçinin Rusiya Ordusu Ukraynanın əksər vilayət və şəhərlərini yenidən kütləvi raket atəşinə məruz qoyub. Ölənlər və yaralananlar var.
#Ukrayna Ordusu teqi istifadə olunub
- Ukraynada peyk rabitəsində fasilələr: Araşdırma niyə aparılmayacaq? - Baku TV CANLI
- Strateji obyektə hücum Moskvanın raket proqramını ləngidə bilərmi? - Baku TV
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Neft zavodlarına zərbələr Putinin müharibə planlarını dəyişdirə bilərmi? - Baku TV
- Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə
