Ukrayna Ordusunun sürəti niyə azaldı? - Rusların müdafiə xətlərinə baxsanız, görərsiniz ki…
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada genişmiqyaslı müharibə davam edir və ruslar əmindirlər ki, Kursk vilayətinin əhəmiyyətli hissəsini saxlaya bilməyəcəklər.
Bunu Ukrayna Qlobal Araşdırmalar Mərkəzinin təhlükəsizlik proqramları üzrə direktoru Pavel Lakiyçuk deyib.
"Səngərlərə, rusların indi qurduqları müdafiə xətlərinə baxsanız, görərsiniz ki, onlar bizim birinci, qabaqcıl bölmələrimizdən kifayət qədər məsafədədirlər. Yəni düşmən əmindir ki, biz hücumu davam etdirəcəyik və o, Kursk vilayətinin əhəmiyyətli hissəsini saxlaya bilməyəcək", – P.Lakiyçuk qeyd edib.
O, Ukrayna Silahlı Qüvvələrinin hücum sürətini də şərh edib:
"Bizim irəliləyişimizin sürəti azalır. Bu, təbiidir. Çünki cəbhə sərhədimizdən uzaqlaşır, maddi-texniki təchizat çətinləşir, ikinci eşelonlar gətirilir, cinahlar gücləndirilir və hər şey eyni vaxtda edilməlidir".
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
