Ukrayna Ordusunun uduzmasının əsl səbəbi | Döyüşçü sirləri açdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Xarkov vilayətində yeni hücumun ilkin mərhələsində ruslar tamamilə yeni taktikalardan istifadə etdilər ki, bu da döyüşün ilk günlərində onların uğur qazanmasının səbəblərindən biri oldu”.
Bu barədə “Tayms” qəzetinə Ukraynanın “Kraken” xüsusi təyinatlı bölməsinin “Draqo” ləqəbli döyüşçüsü danışıb.
“Draqo”nun sözlərinə görə, o, silahdaşları ilə bir neçə həftə ərzində sərhədin o tayında rus qoşunlarının cəmləşməsini sadəcə izləməyə məcbur olub.
Belə ki, donor ölkələr tərəfindən Qərb silahlarının Rusiya ərazisində tətbiqinə qadağa qoyulduğuna görə ukraynalıların sadəcə olaraq qabaqlayıcı zərbə endirmək imkanı olmayıb.
“Orada çoxlu ruslar toplanmışdı və biz onları yolda məhv edə bilərdik, lakin bizdə az sayda ATACMS var idi və onlardan istifadəyə qadağamız olduğuna görə onlar sərhədi keçənə qədər gözləməli olduq”, – deyə “Draqo” bildirib.
#Ukrayna Ordusu teqi istifadə olunub
- Strateji obyektə hücum Moskvanın raket proqramını ləngidə bilərmi? - Baku TV
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Neft zavodlarına zərbələr Putinin müharibə planlarını dəyişdirə bilərmi? - Baku TV
- Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə
- Ukrayna ordusu Rusiyanın bir neçə bölgəsinə zərbələr endirib - Baku TV CANLI
