Ukrayna Prezidenti Rusiya nümayəndələri ilə görüşəcək? | Trampla Zelenskinin sözü üst-üstə düşmədi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanı və Türkiyəyə rəsmi səfər edəcəyini açıqlayıb.
Bu barədə "RBK-Ukrayna" nəşri məlumat yayıb.
V.Zelenski Münhen Təhlükəsizlik Konfransında jurnalistlərlə söhbət edərkən səfər barədə danışıb.
O bildirib ki, Səudiyyə Ərəbistanında rəsmi görüş keçirəcək və sonra Türkiyəyə yola düşəcək.
Volodimir Zelenski qeyd edib ki, Rusiya nümayəndələri ilə heç bir görüş olmayacaq. Lakin Ukrayna lideri səfərin konkret nə vaxt olacağı barədə məlumat verməyib.
Fevralın 13-də ABŞ Prezidenti Donald Tramp Amerika, Ukrayna və Rusiya nümayəndələrinin gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəklərini açıqlayıb. Lakin daha sonra prezident komandası Ukraynanın gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparmağı planlaşdırmadığını bildirib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
