Ukrayna Prezidenti telefon danışığının detallarını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski “X”dəki hesabında paylaşım edib.
O, ABŞ Prezidenti Donald Trampla olan telefon danışığının detallarına toxunub.
“Məzmunlu bir söhbət oldu. Biz sülh əldə etmək imkanları haqqında danışdıq, komanda səviyyəsində birlikdə işləməyə hazırlığımızı və Ukraynanın texnoloji imkanlarını, o cümlədən pilotsuz uçuş aparatları və digər qabaqcıl sahələri müzakirə etdik. Prezident Trampa birlikdə işləməyə olan marağı üçün minnətdaram”, – deyə Zelenski yazıb.
O həmçinin ABŞ lideri ilə təhlükəsizlik, iqtisadi əməkdaşlıq və resurs tərəfdaşlığı ilə bağlı yeni bir sənəd müzakirə etdiyini bildirib.
“Prezident Tramp Putinlə söhbətinin detallarını bölüşdü. Heç kim Ukraynadan daha çox sülh istəmir. ABŞ ilə birlikdə Rusiyanın təcavüzünü dayandırmaq və möhkəm, etibarlı sülh təmin etmək üçün növbəti addımlarımızı planlaşdırırıq. Biz bundan sonra da əlaqə saxlayacağımız və qarşıdan gələn görüşləri planlaşdıracağımız barədə razılığa gəldik”, – deyə Zelenski paylaşımında vurğulayıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
