Ukrayna PUA hücumlarına məruz qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna quru qoşunlarının təlim mərkəzi atəşə tutulub.
Rusiyanın hava hücumu nəticəsində 18 ukraynalı hərbçi yaralanıb. Xarkov yenə dron hücumuna məruz qalıb. Partlayış və yanğınlar baş verib. 3 nəfər xəsarət alıb.
Şəhərin meri İqor Terexov və hərbi adminstrasiyasının rəhbəri Oleq Sinequbov məlumatı təsdiqləyib.
Dnepropetrovskda isə PUA hücumlarından sonra iki nəfər xəsarət alıb. Yanğınlar baş verib, mal-qara tələf olub.
Hava hücumlarından başqa, quru qoşunları arasında da döyüşlər baş verib. Ukrayna silahlı qüvvələrinin məlumatına görə, son sutkalarda müxtəlif istiqamətlərdə Rusiya ordusunun 890 hərbçisi öldürülüb. Rusiyanın 200 ədəd hərbi texnikası məhv edilib.
Ukraynanın Rusiyaya avizərbələri barədə məlumat yoxdur. TASS-da yayılan məlumata görə, Ukraynanın kəşfiyyatçı dəstəsi Luqanskın iki yaşayış məntəqəsinə soxulmağa çalışıb. “Lakin hücumun qarşısı alınıb və Ukrayna bu istiqamətdə 25 hərbçisini itirib”, – deyə məlumatda deyilir.
#PUA hücumu teqi istifadə olunub
- Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Rusiya liderini daşıyan bortlar Moskva səmasında dövrə vurub - 24 SAAT
- Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV
- Azərbaycanlı dənizçilərin olduğu gəmidə dəhşətli anlar - Baku TV CANLI
