Ukrayna PUA-ları Omska zərbə endirdi | Rusiyanın ən böyük zavodu sıradan çıxdı? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna pilotsuz uçuş aparatı (PUA) ilə Rusiyanın Omsk şəhərindəki ən böyük neft emalı zavodlarından (NEZ) birinə hücum edib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Omsk vilayətinə hücumla bağlı məlumatı qubernator Vitali Xotsenko təsdiqləyib.
"Ukrayna Silahlı Qüvvələri noyabrın 11-də günün ikinci yarısında Omsk vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib", – deyə o, təfərrüatları açıqlamadan bildirib.
Qubernatorun mətbuat katibinin məlumatına görə, Omsk şəhər aeroportunda təyyarələrin qəbulu və yola salınması dayandırılıb, həmçinin şəhərdə sirenalar işə salınıb, mobil rabitə və mobil internet məhdudlaşdırılıb.
Ukrayna mediasının yaydığı xəbərə görə, Ukrayna Ordusunun zərbəsinin hədəfi Rusiyanın ən böyük neft emalı müəssisəsi olan Omsk NEZ olub. İllik gücü 22 milyon ton olan müəssisə "Qazprom neft"ə məxsusdur və Ukrayna sərhədindən 2,5 min kilometr aralıda yerləşir.
Qeyd olunub ki, zavodda partlayışlar iki saatdan çox davam edib, müəssisədə irimiqyaslı yanğın başlayıb.
#Ukrayna Ordusu teqi istifadə olunub
- Ukraynada peyk rabitəsində fasilələr: Araşdırma niyə aparılmayacaq? - Baku TV CANLI
- Strateji obyektə hücum Moskvanın raket proqramını ləngidə bilərmi? - Baku TV
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Neft zavodlarına zərbələr Putinin müharibə planlarını dəyişdirə bilərmi? - Baku TV
- Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə
