Ukrayna PUA-larla Moskvanı hədəfə aldı | Dəhşət dolu anlar yaşandı
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 5-dən 6-na keçən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın paytaxtı Moskva şəhəri üzərində Ukraynaya məxsus 19 PUA-nı məhv edib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müdafiə qüvvələrinin ayıq-sayıqlığı nəticəsində 5-i axşam saat 21:00-dan səhər saat 04:00-a qədər paytaxta hücum edən bütün dronlar zərərsizləşdirilib.
Rosaviasiyadan bildirilib ki, hava hücumu ilə bağlı azı 10 təyyarə paytaxt hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən müvəqqəti olaraq Nijni Novqorod və Sankt-Peterburq aeroportlarında enməli olub. Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə yerli vaxtla saat 00:57-dən etibarən “Vnukovo”, “Domodedovo” və “Jukovski” hava limanlarının fəaliyyəti üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Yerli vaxtla saat 01:15-dən etibarən “Şeremetyevo” hava limanında da analoji məhdudiyyətlər qüvvədə olub və səhər saat 05:00-dan sonra qismən aradan qaldırılıb.
Hazırda hava gəmilərinin enişi və uçuşu ilə bağlı məhdudiyyətlər götürülüb.
#Moskva teqi istifadə olunub
- Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır
- Üç gündür davam edən dron təhlükəsi: Moskvada nələr yaşanır? - Baku TV CANLI
- Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI
- Rusiya ilə Litva arasında gərginliyin artma səbəbi nədir? - Baku TV CANLI
- Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI
