Pleyeri seçin:
Ukrayna "Georgian Airways"ə sanksiya tətbiq edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Rusiyanın təcavüzünü dəstəklədiklərinə görə, daha 291 hüquqi və 191 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı fərman imzalayıb.
Sənədə əsasən, Rusiya, Gürcüstan, Qazaxıstan, Kipr və Belarusdan olan 291 müəssisə, təşkilat, quruma qarşı 5-10 il müddətinə sanksiyalar tətbiq edilib. “Qara siyahı”ya salınan şirkətlər arasında Gürcüstanın hava yolu şirkəti “Georgian Airways” də var.
Qeyd edək ki, “Georgian Airways” Rusiya Federasiyası ilə əlaqəni iyunun 15-dən bərpa edib. Fiziki şəxslərin siyahısında əsasən Rusiya Federasiyasının vətəndaşları olsa da, onların arasında Belarus və Gürcüstan vətəndaşları da var.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
