Pleyeri seçin:

Ukrayna rəsmi statistikanı açıqladı | Müharibə ilə bağlı film təqdim edildi

07 mart 2025 513 baxış

Ukrayna Daxili İşlər Nazirliyində cəbhədə həlak olan döyüşçülərin meyitlərinin və qalıqlarının geri qaytarılaraq şəxsiyyətlərinin müəyyən edilməsi barədə sənədli film təqdim edilib.

Təqdimat zamanı Daxili İşlər Nazirliyinin sözçüsü Mariana Reva bildirib ki, filmin əsas ideyası xüsusi şəraitdə itkin düşmüş şəxslərin repatriasiyası, şəxsiyyətinin müəyyən edilməsi və axtarışı proseslərinin vahid mənzərəsini təqdim etməkdir. Burada meyitlərin və həlak olmuş şəxslərin qalıqlarının repatriasiyası prosesinin eksklüziv kadrları, meyitlərin ekspertizası zamanı çəkilən görüntülər nümayiş etdirilir.

Həmçinin filmdə Nazirliyin laboratoriyasında mütəxəssislər tərəfindən DNT profillərinin alınması istiqamətində gördüyü işlər, şəxslərin şəxsiyyətinin müəyyən edilməsi prosesi, qalıqlardan DNT nümunələrinin öyrənilməsində yaranan çətinliklər, cəsədlərin necə saxlanılması və s. nümayiş etdirilir.

Ukrayna Milli Polisinin rəis müavini Maksim Suskiridze bildirib ki, müharibənin əvvəlindən indiyə qədər – 3 il ərzində itkin düşmüş 7 017 ukraynalı döyüşçünün meyiti tapılaraq şəxsiyyətləri müəyyən edilib.

“Bu, olduqca çətin fəaliyyətdir, xüsusilə də ölkənin hər tərəfində genişmiqyaslı müharibənin getdiyi bir vaxtda. 7 017 aşkar olunan faktdan başqa istintaq işləri davam edir. Hazırda 70 min belə fakt üzrə istintaq gedir. Bunlardan 2 mini üzrə cinayət işi qaldırılıb. Həmin rəqəmlər qarşıda hələ çox işin olduğunu deməyə əsas verir.

Söhbət itkin düşən döyüşçülərdən və götürə bilmədiyimiz meyitlərdən gedir. Bunlar arasında hərbçilər və polis əməkdaşları var. Həmin meyitlərin çoxu hazırda işğal altında olan ərazilərdə olduğu üçün təəssüf ki, hələlik faktların müəyyən edilməsi istiqamətində işimiz çətindir”, – deyə o bildirib. 

Banner

#Ukrayna Daxili İşlər Nazirliyi teqi istifadə olunub

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 513 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 513 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 513 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 513 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 513 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 513 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 513 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 513 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 513 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 513 baxış
Seçilmişlər
icon