Pleyeri seçin:

Ukraynada əhalinin kütləvi silahlandırılması həyata keçiriləcək? - Baku TV

24 aprel 2026 261 baxış

Ukraynada cinsindən asılı olmayaraq yetkinlik yaşına çatmış şəxslərə özünümüdafiə məqsədilə silah gəzdirmə icazəsinin verilməsi, yaxud əhalinin kütləvi silahlandırılması təklif olunur.

Bu təkliflə Ukraynanın daxili işlər naziri İqor Klimenko çıxış edib. Buna səbəb son vaxtlar paytaxt Kiyev də daxil olmaqla Ukraynanın bəzi şəhərlərində mülki insanlara qarşı naməlum şəxslər tərəfindən törədilən terror aktlarıdır.

Məsələ ilə bağlı Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Straşko bildirib ki, əhalinin mülki odlu silah əldə etmək hüququ barədə qanun layihəsi Ali Radadadır və parlament məsələ ilə bağlı qərar verəcək:

“Ukraynanın daxili işlər naziri İqor Klimenko mülki silah məsələsinin qanunvericilik yolu ilə tənzimlənməsini bəyan edib. Nazir əsas diqqəti icazəli silah almaq istəyən insanların müvafiq təlim keçməsinə və imtahan verməsinə yönəldir. Bunun üçün isə Ukraynada lazımi infrastruktur mövcud olmalıdır. Söhbət atış poliqonlarını da özündə ehtiva edən infrastrukturdan gedir. Nazir vətəndaşların silahlı özünümüdafiə hüququnu dəstəkləyir, lakin silah icazəsi alan şəxs mütləq hazırlıqlı olmalıdır. Burada söhbət həm də psixoloji hazırlıqdan gedir. Artıq yaxın zamanda daxili işlər naziri ictimaiyyətin, bu sahə üzrə mütəxəssislərin, eləcə də bütün maraqlı tərəflərin iştirakı ilə məsləhətləşmələr keçirməyi planlaşdırır”.

Qeyd edək ki, aprelin 17-də Kiyevdə silahlı bir nəfərin gündüz saatlarında küçədə dörd nəfərə qəfil hücum edərək onları öldürməsi və polisin məsələyə qeyri-adekvat reaksiyası ölkə ictimaiyyətini həm narahat edib, həm də hiddətləndirib.

#Ukrayna Daxili İşlər Nazirliyi teqi istifadə olunub

Yaxın Şərqdə yeni müharibə başlayır? | Ər-Riyad hücumlara nə cavab verəcək? - ANA XƏBƏR

Yaxın Şərqdə yeni müharibə başlayır? | Ər-Riyad hücumlara nə cavab verəcək? - ANA XƏBƏR

Dünya
17 sentyabr 2026 261 baxış
"Mümkün qədər tez hazırlaşmalıyıq" | ABŞ Almaniyanı hərbi cəhətdən niyə gücləndirir? - Baku TV

"Mümkün qədər tez hazırlaşmalıyıq" | ABŞ Almaniyanı hərbi cəhətdən niyə gücləndirir? - Baku TV

Dünya
17 sentyabr 2026 261 baxış
Vaşinqton hərbi güc tətbiqindən imtina edir

Vaşinqton hərbi güc tətbiqindən imtina edir

Dünya
17 sentyabr 2026 261 baxış
Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI

Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI

Dünya
17 sentyabr 2026 261 baxış
Serbiya Prezidenti qərardan sonra sabitliyin qorunmasını ölkəsi üçün əsas prioritet adlandırıb

Serbiya Prezidenti qərardan sonra sabitliyin qorunmasını ölkəsi üçün əsas prioritet adlandırıb

Dünya
17 sentyabr 2026 261 baxış
Ukrayna ordusunun Luqansk istiqamətində irəliləyiş cəhdi etdiyi bildirilir

Ukrayna ordusunun Luqansk istiqamətində irəliləyiş cəhdi etdiyi bildirilir

Dünya
17 sentyabr 2026 261 baxış
ABŞ Prezidenti münaqişənin həlli ilə bağlı nikbin danışaraq razılaşma ehtimalını gündəmə gətirib

ABŞ Prezidenti münaqişənin həlli ilə bağlı nikbin danışaraq razılaşma ehtimalını gündəmə gətirib

Dünya
17 sentyabr 2026 261 baxış
Tehran Yaxın Şərqdə gərginliyin nizamlanmasında Pekinin təklif etdiyi prinsiplərə önəm verdiyini açıqlayıb

Tehran Yaxın Şərqdə gərginliyin nizamlanmasında Pekinin təklif etdiyi prinsiplərə önəm verdiyini açıqlayıb

Dünya
17 sentyabr 2026 261 baxış
Hörmüz boğazında neft daşımalarının həcmi və İranın nəzarəti ilə bağlı müzakirələr yenidən gündəmdədir

Hörmüz boğazında neft daşımalarının həcmi və İranın nəzarəti ilə bağlı müzakirələr yenidən gündəmdədir

Dünya
17 sentyabr 2026 261 baxış
Nepalda daşqınlar nəticəsində ölənlərin sayının 1400-ü keçdiyi bildirilir

Nepalda daşqınlar nəticəsində ölənlərin sayının 1400-ü keçdiyi bildirilir

Dünya
17 sentyabr 2026 261 baxış
Seçilmişlər
icon