Pleyeri seçin:

Ukrayna-Rusiya müharibəsi payızda bitir? | Zelenskidən münaqişənin bitməsi ilə bağlı təcili açıqlama

10 sentyabr 2024 546 baxış

“Ukrayna Prezidenti Volodimir Zelenski bu payızda müharibəni məqbul şərtlərlə bitirmək üçün Rusiyaya beynəlxalq təzyiqlərə ümid edir”.

Bu barədə EFE nəşri məlumat yayıb.

“Cəbhə xəttində yaxşı perspektivlərin olmadığını və bəzi əsas müttəfiqlərin hərbi yardımının azala biləcəyi riskini dərk edən Volodimir Zelenski bu payızda müharibəyə son qoymaq və Kiyevə məqbul olan sülhə nail olmaq üçün birtərəfli yol xəritəsi üzərində işləyir və Rusiyaya beynəlxalq təzyiqlərə arxalanır”, – məlumatda qeyd olunub.

Nəşr bildirib ki, V.Zelenski planını ilk dəfə avqustun 27-də açıqlayıb.

“Mən bu planı Rusiyanın iradəsi ilə deyil, tərəfdaşlarımızın sayəsində həyata keçirə biləcəyini əsas götürdüm”, – V.Zelenski həmin vaxt bildirib.

Məlumata görə, bu məqsədə çatmaq üçün əsas rıçaqlardan biri Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatın uğuru olacaq:

“Bu planın tərəfdaşlarına təqdim edilməsi ilə paralel olaraq, Kiyev ilin sonuna qədər İkinci Sülh Sammitini təşkil etməyə hazırlaşır və birincidən fərqli olaraq Rusiyanı dəvət etməyi planlaşdırır.

V.Zelenski və digər ukraynalı siyasətçilərin bəyanatlarından aydın olur ki, ikinci görüşün məqsədi Kiyevin sənəddə təklif etdiyi şərtlərlə sülhə razılıq verməsi üçün Rusiyaya təzyiq göstərməkdir.

Eyni zamanda bu təzyiqin effektivliyi böyük ölçüdə Rusiyaya yaxın olan Çin və Hindistan kimi güclərin mövqeyindən asılıdır, onlar hələlik Moskvaya öz təsirlərindən istifadə edərək Rusiyanı Ukraynadan tam və ya qismən çıxmağa məcbur etmək istəmirlər”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 546 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 546 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 546 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 546 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 546 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 546 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 546 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 546 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 546 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 546 baxış
Seçilmişlər
icon