Ukrayna Rusiyanın enerji obyektlərini hədəfə aldı | Zaxarovadan hücumlarla bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna moratoriumun tətbiqinə baxmayaraq, Rusiya Federasiyasının enerji obyektlərinə təxribat və nümayişkaranə şəkildə hücum edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 3-ü keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, martın 18-dən Rusiyanın enerji obyektlərinə 30-dan çox zərbə qeydə alınıb:
“Biz Rusiya Federasiyasının enerji obyektlərinə məqsədli şəkildə həyata keçirilən hücumları görürük. Ukrayna rəhbərliyi bunu hərbi zərurət adlandırsa da, aydındır ki, bu, təxribat xarakterli həyata keçirilən hücumdur. Əsasən Belqorod, Bryansk, Zaparojye, Xerson vilayətləri hədəfə alınıb. Çox vacib bir məqamı vurğulamaq lazımdır ki, Ukrayna tərəfindən Rusiyanın enerji infrastrukturlarına endirilən bütün zərbələr terror hücumları üçün nəzərdə tutulan Qərb silahlarının köməyi ilə həyata keçirilir”.
Rusiya XİN-in sözçüsü vurğulayıb ki, Kiyev bu hücumlarla Moskva ilə Vaşinqton arasında başlayan dialoqu pozmağa çalışır.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
