Ukrayna Rusiyanın "kölgə donanması"nı darmadağın etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Müdafiə Qüvvələri Primorsk limanında Rusiyanın kölgə donanmasının "Karakurt" raket gəmisini, patrul katerini və tankerini vurub.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.
"General-mayor Yevgeni Xmara Primorsk limanındakı obyektlərin uğurla vurulması barədə məruzə edib. Bu bizim Ukrayna Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi, Pilotsuz Sistemlər və Xüsusi Əməliyyat Qüvvələri, eləcə də sərhədçilərin birgə əməliyyatıdır. Həmçinin "Karakurt" raket gəmisi, patrul kateri və kölgə neft donanmasının daha bir tankeri məhv edilib. Neftdoldurma limanının infrastrukturuna da əhəmiyyətli dərəcədə ziyan dəyib. Bizim hər bir belə nəticəmiz Rusiyanın müharibə potensialını məhdudlaşdırır", – deyə Zelenski əlavə edib.
O həmçinin Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq Təhlükəsizlik Xidmətinin gələcək əks-tədbir planlarının təsdiqləndiyini diqqətə çatdırıb.
Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri dənizdə, havada və quruda uzaqmənzilli zərbələri kompleks şəkildə inkişaf etdirməyə davam edir.
Zelenski sonda onu da vurğulayıb ki, Rusiya bu müharibəni istənilən an bitirə bilər. Əks halda savaşın uzanması, müdafiə əməliyyatlarının miqyasının genişlənməsinə gətirib çıxaracaq.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
