Ukrayna şəhərlərinə güclü zərbələr | Dron və raketlər “yağdırıldı”
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 22-nə keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın ərazilərini dron və raketlərlə kütləvi atəşə tutub.
Dnepropetrovsk vilayətinə endirilən zərbələr nəticəsində kommunal təsərrüfata, fermaya və yaşayış binalarına ziyan dəyib, yanğınlar başlayıb.
Bu barədə regional dövlət administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
O qeyd edib ki, vilayətin iki rayonu kütləvi atəşə məruz qalıb. Nikopolsk rayonunda PUA-nın düşməsi səbəbi ilə 2 üçmərtəbəli yaşayış binasında və qarajda yanğın baş verib. Daha 6 fərdi yaşayış evinə ziyan dəyib.
Bununla yanaşı, avqustun 21-i Mukaçevo şəhərində yerləşən ABŞ-yə məxsus elektronika məhsulları istehsal edən müəssisəyə edilən hücum nəticəsində başlayan yanğınların söndürülməsi istiqamətində hələ də əməliyyatlar aparılır.
Ukrayna Hərbi Qərargahından isə bildirilib ki, son sutka ərzində cəbhədə 157 toqquşma qeydə alınıb, döyüşlər əsasən Pokrovsk və Novopavlovsk istiqamətlərində gedib.
Əlavə edilib ki, Ukrayna silahlı qüvvələri son 24 saat ərzində Rusiyanın daha 790 hərbçisini və çox sayda hərbi texnikasını məhv edib.
Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, gecə ərzində hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 54 PUA-nı məhv edib. Əlavə edilib ki, PUA-nın düşməsi səbəbi ilə bəzi ərazilərdə yanğınlar başlayıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
