Pleyeri seçin:

Ukrayna üçün kritik məqam | Ali Radanın komitə sədri Baku TV-yə danışdı

30 yanvar 2025 252 baxış

Xarici ölkələrə məxsus 200 minlik ordu hissələrinin sülhməramlı qismində Ukraynaya yerləşdirilməsinə dair Qərb mətbuatının son günlər tirajladığı məlumatlar geniş müzakirələrə səbəb olub.

Prezident Volodimir Zelenski Davosda jurnalistlərə açıqlamasında bu iddiaları təsdiq etməsə də, inkar da etməyib. Hətta bunu Ukraynanın gələcək təhlükəsizliyi üçün vacib amil hesab edib.

Ali radanın komitə sədri Fyodor Venislavski bildirib ki, Ukrayna ərazisində yerləşdirilən hərbi birləşmələr birbaşa ölkənin suverenliyinə zəmanət verməlidir.

“Ukrayna ərazisində xarici hərbi birləşmələr yalnız Konstitusiyasının tələbləri gözlənilməklə yerləşdirilə bilər. Hazırda Konstitusiyaya görə, xarici ölkəyə məxsus hərbi birləşmənin Ukrayna ərazisində yerləşməsi ölkə prezidentinin qərarı və parlamentin razılığı əsasında mümkündür. Amma bütün bunlara baxmayaraq, Ukrayna ərazisinə xarici hərbi birləşmələrin yerləşdirilməsinə dair hələlik parlamentə bir təşəbbüs təqdim edilməyib. Lakin nəzəri cəhətdən götürsək, düşünürəm ki, müharibənin qaynar fazası dayandırılan kimi, ölkə ərazisinə sülhməramlı kimi xarici hərbi birləşmələrin yerləşdirilməsi məqsədəuyğundur. Burada əsas hədəf Ukraynanın 1991-ci ildə beynəlxalq hüquqla təsbit edilmiş sərhədlərinə qayıtması və gələcək təhlükəsizliyidir. Ona görə də Ukrayna ərazisində istər Avropa, istərsə də digər ölkələrdən qarşılıqlı razılıq əsasında yerləşdirilən hərbi birləşmələr birbaşa ölkənin suverenliyinə zəmanət verməlidir. Əksinə, gələcək növbəti hərbi qarşıdurmaya rəvac verməməlidir. Bu bizim əsas şərtimizdir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Volodimir Zelenski 2025-ci ildə müharibənin Ukraynanın suveren təhlükəsizliyi şərti ilə bitməsinin mümkünlüyü ilə bağlı xalqa vəd verib.

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 252 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 252 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 252 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 252 baxış
Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 252 baxış
Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 252 baxış
ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

Dünya
21 sentyabr 2026 252 baxış
Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Dünya
21 sentyabr 2026 252 baxış
Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 252 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 252 baxış
Seçilmişlər
icon