Ukrayna üçün tarixi qərar | Zelenski sülh üçün şərtləri açıqladı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski sülh və təhlükəsizlik zəmanətləri ilə bağlı gələcək müqavilənin müddəalarını açıqlayıb. O bu barədə "Telegram" kanalında yazıb. "Mənim fikrimcə, ilkin layihələr üçün edə biləcəyimiz hər şey artıq hazırdır. İlkin işlər demək olar ki, 90% tamamlanıb", – deyə Zelenski bildirib. Prezident Ukraynanın Avropa və ABŞ-dən almağı gözlədiyi təhlükəsizlik zəmanətlərinin siyahısını açıqlayıb:
- Ukrayna Silahlı Qüvvələri 800 min nəfərlik heyətdən ibarət olacaq. Ölkə tərəfdaşlarından belə ordunu dəstəkləmək üçün maliyyələşdirmə gözləyir;
- Ukrayna Avropa İttifaqının üzvü olacaq;
- 30 ölkənin "istəklilər koalisiyası" Ukraynanın səmada, quruda və dənizdə təhlükəsizliyini, eləcə də enerji, maliyyə, yardım və sığınacaq sahələrində təhlükəsizliyini təmin edəcək;
- ABŞ təhlükəsizlik zəmanətləri, eləcə də "çəkindirmə paketi" Ukrayna Silahlı Qüvvələri üçün silahlar təqdim edəcək.
Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti bu yaxınlarda ABŞ-də Donald Tramp administrasiyasının üzvləri ilə danışıqlar aparıb və indi Kiyevə qayıdır. "Amerikalılar hazırda Rusiya nümayəndələri ilə danışıqlar aparırlar. Onlar danışacaqlar və sonra biz onlardan rəy alacağıq. Administrasiya üzvləri bütün məlumatları bizdən alıblar", – deyə o əlavə edib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
