Pleyeri seçin:

Ukrayna və Türkiyə liderləri arasında kritik telefon danışığı

28 avqust 2025 461 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Azərbaycan səfirliyinin binasını və "Bayraktar" zavodunun vurulmasını müzakirə edib.

Bu barədə V.Zelenski "X" səhifəsində yazıb.

"Biz Türkiyə tərəfindən göstərilən bütün yardımları yüksək qiymətləndiririk. Mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apardıq və növbəti diplomatik addımları müzakirə etdik. Ukrayna liderlər formatı ilə məşğul olmağa hazırdır, çünki bu, yeganə effektiv formatdır. Təəssüf ki, bundan yayınan və müharibəsini davam etdirən Rusiyadır", – deyə o qeyd edib.

V.Zelenski vurğulayıb ki, Rusiya Ukraynaya 30-dan çox raket və 600 dronla hücum edib.

"Türkiyəyə məxsus müəssisə, Azərbaycan səfirliyi, Aİ nümayəndəliyi, "British Council" və yaşayış məntəqələrinə hücumlar həyata keçirilib. Bu, Vladimir Putinin Ukrayna, ABŞ və avropalı tərəfdaşlarımızın qətlləri dayandırmaq üçün göstərdiyi bütün səylərə cavabıdır. Ona görə də təzyiq lazımdır – sanksiyalar, tariflər və siyasi tədbirlər vasitəsilə. Biz güclü addımlara ümid edirik", – deyə o vurğulayıb.

Ukrayna Prezidenti təhlükəsizlik təminatlarının geniş şəkildə müzakirəsi məsələsinə də toxunub.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 461 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 461 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 461 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 461 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 461 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 461 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 461 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 461 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 461 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 461 baxış
Seçilmişlər
icon