Ukrayna Zaporojyedə yanacaq daşıyan qatara zərbə endirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfindən işğal olunmuş Zaporojye vilayətinin ərazisində yanacaq daşıyan qatarı məhv edib.
Rusiyanın yanacaq dolu çənlər daşıyan yük qatarına havadan zərbələr endirilib. Bu barədə məlumatı və görüntüləri İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenko paylaşıb.
“İşğal olunmuş Zaporojye vasitəsilə Rusiya ilə dəmir yolu əlaqəsi artıq mövcud deyil. Söz verdiyim kimi, dolu çənlər daşıyan yük qatarının məhv edilməsinin görüntülərini paylaşıram.
Heç nə salamat qalmayıb. Kim soruşurdu ki, ruslar niyə gecələr yanacaq daşıyır, həm də maşınlarla? Bax məhz buna görə, bu cür itkilərdən qaçmaq üçün”, – deyə paylaşdığı görüntüləri Pyotr Andryuşenko belə şərh edib.
Qeyd edək ki, avqustun 19-u gecə saatlarında Rusiya Silahlı Qüvvələri də 5 ballistik “İskəndər M” raketi və 270 “Şahed” tipli PUA ilə Ukrayna ərazilərinə hücum edib.
#Hava hücumu teqi istifadə olunub
- Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü
- Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI
- Xarkova yeni zərbə endirildi | Hücumda xeyli sayda ölən və yaralanan var - Baku TV
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
