Pleyeri seçin:

Ukraynada atəşkəs yaxınlaşır | Avropa milyonlarla ukraynalını geri göndərəcək?

07 aprel 2025 270 baxış

Ukraynada atəşkəsin əldə olunması ehtimalı Avropa İttifaqında ciddi hüquqi və humanitar dilemmanı gündəmə gətirib.

“Euractiv” portalının məlumatına əsasən, atəşkəs razılaşmasından sonra Avropa İttifaqında müvəqqəti qoruma altında olan 4,3 milyondan çox ukraynalı qaçqın hüquqi statuslarını itirmək təhlükəsi ilə üz-üzə qala bilər.

Xatırladaq ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı işğala başladıqdan sonra Aİ-nin “Müvəqqəti Qoruma Direktivi” qüvvəyə mindi. Bu hüquqi mexanizm ukraynalılara Aİ ölkələrində yaşamaq, işləmək və sosial xidmətlərdən yararlanmaq imkanı verir. Lakin atəşkəsin əldə olunması ilə bu sistemin hüquqi qüvvəsi dayandırıla bilər.

“Euractiv” yazır ki, belə bir ssenari Aİ ölkələrini yeni seçim qarşısında qoyacaq: Ukraynalıların inteqrasiyasını davam etdirmək, onları geri qayıtmağa təşviq etmək və ya müvəqqəti qoruma sistemini fərqli formatda uzatmaq.

Məsələnin əsas çətinliyi isə ondadır ki, hazırda Aİ səviyyəsində bu riskə qarşı konkret yol xəritəsi mövcud deyil.

Bu isə gələcəkdə həm hüquqi qeyri-müəyyənliklərə, həm də sosial-siyasi gərginliklərə yol aça bilər. Bir sıra ekspertlər hesab edirlər ki, Aİ-nin bu məsələdəki passivliyi həm Ukrayna ilə həmrəylik görüntüsünə, həm də milyonlarla qaçqının taleyinə mənfi təsir göstərə bilər.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 270 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 270 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 270 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 270 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 270 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 270 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 270 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 270 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 270 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 270 baxış
Seçilmişlər
icon