Ukraynada çağırışçılar ölkəni tərk edir
Yeniliklərdən dərhal xəbərdar olun
Son vaxtlar Ukraynada geniş hərbi səfərbərliyi nəzərdə tutan və ictimai müzakirələrə səbəb olan qanun layihəsi ötən gün ikinci dəfə parlamentdən Nazirlər Kabinetinə qaytarılıb.
Deputatlar qanun layihəsinin mövcud həssas durumla müqayisədə tutarlı olmadığını əsas gətirərək təcili yenilənməli olduğunu bildiriblər.
“Bu qanun layihəsi 4 gün ərzində detallı şəkildə müzakirə olunub. Nəticədə aydın olub ki, qanun layihəsinin bəzi müddəaları Ukrayna Konstitusiyasının normalarına, insan haqları ilə bağlı beynəlxalq standartlara uyğun deyil. Odur ki, qanun layihəsinin bu variantı deputatların dəstəyini qazana bilməzdi. Buna görə də yanvarın 11-də Nazirlər Kabineti bu qanun layihəsini geri götürüb. Bizim komitədə səsləndirdiyimiz fikirləri nəzərə alaraq, yeni qanun layihəsi hazırlayır”, – Ali Radanın komitə sədri Fyodor Venislavskiy deyib.
Qeyd edək ki, Ukraynanın müharibənin taleyində həlledici rolunun bu qanun layihəsinə əsaslanan səfərbərlikdən daha çox asılı olacağı deyilir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
