Ukraynada gərginlik pik həddə! – Rusiya bu zərbəyə görə ağır itkilər verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın Sumı vilayətinin Axtırka şəhərinə kütləvi dron hücumu edib.
Hücum nəticəsində ikisi uşaq olmaqla 12 nəfər yaralanıb. Dronların düşməsi səbəbi ilə hündürmərtəbəli yaşayış binasında, 13 fərdi evdə genişmiqyaslı yanğınlar baş verib.
Bundan əlavə, onlarla “Shahed” tipli kamikadze dronu ilə Odessanın İzmail rayonuna hücum edilib. Mülki obyektlərə, yanacaq-energetika infrastrukturuna, eləcə də istehsalat obyektlərinə ziyan dəyib. Hücum nəticəsində yanğınlar baş verib. Bir neçə nəfər yaralanıb.
“Hava hücumundan müdafiə qüvvələrinin fəal işləməsinə baxmayaraq, təəssüf ki, bəzi dronlar hədəfə çatıb, bir neçə ərazidə güclü yanğınlar olub. Söndürülməsi istiqamətində geniş əməliyyatlar aparılır”, – deyə hərbi administrasiyadan bildirilib.
Hücum nəticəsində istehsalat obyektlərinə də ziyan dəyib. İlkin məlumata əsasən, bir nəfər xəsarət alıb.
Regionun Fövqəladə Hallar Dövlət Xidmətinin mətbuat xidmətinin məlumatına görə, hücum nəticəsində yanacaq-enerji infrastrukturunda genişmiqyaslı yanğın baş verib.
Rusiya silahlı qüvvələri gecə saatlarında Xerson vilayətini də raket və PUA ilə atəşə tutub. Bir nəfər həlak olub, çoxlu sayda yaralı var.
Ukrayna hərbi qərərgahından bildirilib ki, son sutka ərzində Rusiyanın daha 920 hərbçisi və 460 hərbi texnikası məhv edilib.
Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, Ukrayna silahlı qüvvələri də ölkə ərazilərini gecə ərzində atəşə tutub. Hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Ukraynaya məxsus 42 PUA-nı məhv edib. Dəyən ziyan və xəsarət alanlar barədə məlumat verilmir.
#Hava hücumu teqi istifadə olunub
- Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü
- Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI
- Xarkova yeni zərbə endirildi | Hücumda xeyli sayda ölən və yaralanan var - Baku TV
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
