Pleyeri seçin:
Ukraynada hərbi vəziyyət rejimi və səfərbərlik müddəti uzadıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada hərbi vəziyyət rejimi və ümumi səfərbərlik müddəti daha 3 ay, avqustun 18-dək uzadılıb.
Bu barədə Ukrayna Ali Radası qərar qəbul edib. Qanunverici orqanın 324 deputatı “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” qanun layihəsinin lehinə səs verib. 333 deputat isə ümumi səfərbərliyin müddətinin uzadılmasını dəstəkləyib.
Qeyd edək ki, Ukraynada ilk dəfə hərbi vəziyyət ötən il fevralın 24-də, yəni Rusiya ilə genişmiqyaslı müharibənin başladığı gün elan olunub. Ukrayna mətbuatı yazır ki, yaxın günlərdə ölkənin Müdafiə Nazirliyi hərbi qeydiyyatda olan vətəndaşların yaşayış yerini dəyişməsinə və ölkəni tərk etməsinə qadağa qoya bilər.
Kopyalandı
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
