Ukraynada sıçrayışlı dəyişikliklər | Putin gücünü itirir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Bütün məsələ Rusiya-Qərb münaqişəsi bitdikdən, Rusiya məğlub olduqdan sonra Ermənistanın aqibətidir”.
Bu barədə Milli Demokratik Qütb Şurasının üzvü Vahe Qasparyan erməni mediasına deyib.
O bildirib ki, Putinin məğlub olmasının bir çox səbəbi var:
“Putin 20 ildir ki, Qərb və Rusiya xalqı üçün məqbul fiqur olub. Lakin Ukraynaya qarşı müharibədən sonra Qərb Vladimir Putini qəbul etmir. Qərb Rusiya xalqına mesaj göndərir ki, əgər onlar həyatın Ukrayna işğalından əvvəlki vəziyyətinə qayıtmasını istəyirlərsə, lideri dəyişdirməlidirlər. Putin Rusiyanın resurslarını oğurlayan rus elitasını qane edirdi, çünki o, quldurluğun himayəçisidir. İndi isə vəziyyət dəyişib.
Rus elitasının əmlakına sanksiya qoyulub və aktivləri dondurulub. Rusiya elitası Putinlə bir qayıqda qalsa, hər şeyini itirəcək. Putin həm də neftin baha olduğu dövrdə insanların həyat səviyyəsini yüksəltməyi bacardığına görə rus xalqı tərəfindən dəstəklənirdi. İnsanlar əvvəllər Antalyada dincələ, ipoteka ilə ev ala bilirdilərsə, bu gün vəziyyət başqadır. Antalyada dincəlməkdənsə, Donbasda ölürlər. Putin rejimi ciddi dəyişikliklərlə üz-üzədir”.
O iddia edib ki, Ukrayna cəbhəsində Rusiyada kəskin siyasi böhrana gətirib çıxaracaq sıçrayışlı dəyişikliklər olacaq.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
