Pleyeri seçin:

Ukraynadan Rusiya barədə təcili çağırış | Növbəti hücum planı ifşa edildi?

07 sentyabr 2025 707 baxış

Rusiya sentyabrın 7-nə keçən gecədən etibarən Ukrayna ərazisinə yenidən kütləvi hücum edib, hökumət binasına ziyan dəyib.

Bu hücumun ardınca Ukraynanın xarici işlər naziri Andriy Sibiqa dünya dövlətlərinə çağırış edib.

O, “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Rusiya genişmiqyaslı müharibəyə başlayandan bəri ilk dəfədir Kiyevdə Ukrayna hökumət binasına zərbə endirib.

“Bu, ciddi eskalasiyadır. Ən böyük rüsvayçılıq odur ki, bu qəddar hücumlar məhz Prezident Donald Trampın sülhə nail olmaq üçün hər cür səy göstərdiyi bir vaxtda baş verir”, – A.Sibiqa yazıb.

O, dünya ictimaiyyətini Moskvaya təzyiqləri artırmağa, Rusiyadan enerji resursları almağı dayandırmağa, bu ölkəyə qarşı yeni sərt sanksiyaların tətbiqinə və Ukraynanın gücləndirilməsi üçün tədbirlərə çağırıb.

Əlavə edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da Rusiyanın Avropaya hücuma hazırlaşdığına dair məlumatlarının olduğunu deyib.

Kəşfiyyat rəhbəri bildirib ki, hazırda Avropa ölkələri üçün belə bir təhlükə olmasa da, proqnozlar Rusiyanın planları və arzuları ilə bağlıdır.

“Rusiya 1980-ci illərdən bəri ən böyük silahlanma proqramını hazırlayır və 2030-cu ilə qədər Avropaya hücum edə bilər. Onlar bunu planlaşdırırlar və hazırlaşacaqlar”, – deyə K.Budanov qeyd edib.

Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib ki, Avropa bu təhlükədən xəbərdardır.

“Buna necə reaksiya verəcəklər, zamanla görəcəyik. Hazırda Rusiyada genişmiqyaslı silahların inkişafı proqramı hazırlanır. Bu, mahiyyətcə Rusiyanın 2037-ci ilə qədər yenidən silahlanmasıdır. Hazırda sırf yenidən silahlanma üçün təxminən 1,2 trilyon dollar ayrılır. Bu, Rusiya Müdafiə Nazirliyinin büdcəsi deyil, bunlar sırf modernləşdirmə və silahlanma proqramları üçün vəsaitdir. Bunlar ciddi proqramlar və ciddi vəsaitlərdir”, – deyə K.Budanov bildirib.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 707 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 707 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 707 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 707 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 707 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 707 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 707 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 707 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 707 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 707 baxış
Seçilmişlər
icon