Ukraynadan Rusiyaya ağır zərbə
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın işğal altındakı Donetsk vilayətinin Makeyevka şəhərinə zərbəsi nəticəsində 63 rusiyalı hərbçi ölüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərbənin rusiyalı hərbçilərin yerləşdiyi əraziyə endirildiyi vurğulanıb.
Açıqlamada qeyd olunur ki, Kiyev rejimi Donetsk Xalq Respublikasının Makeyevka yaşayış məntəqəsində Rusiya silahlı qüvvələrinin bölmələrindən birinin müvəqqəti yerləşdirilmə məntəqəsinə ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin altı raketi ilə zərbə endirib.
“Müvəqqəti dislokasiya məntəqəsinin yüksək partlayıcı döyüş başlığına malik dörd raketin zərbəsi nəticəsində 63 rusiyalı hərbçi həlak olub”, - deyə məlumatda bildirilib.
Rusiya Müdafiə Nazirliyi iki HIMARS raketinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu qeyd edib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
