Pleyeri seçin:

Ukraynalı həkimlər atəş altında həyatları xilas edir | Baku TV-yə özəl açıqlama

08 mart 2024 152 baxış

Rusiya-Ukrayna müharibəsinin ilk aylarında əsir düşən “Azov” briqadasının sonradan azad olunan üzvləri arasında hərbi həkim də var.

Sergey Qaruşin 2022-ci ilin mart, aprel və may aylarında Mariupol şəhərinin, “Azovstal” zavodunun müdafiəsi zamanı həkim kimi hərbçilərin yanında olub, sonda isə digər döyüşçülərlə birgə əsir düşüb. Bir ildən sonra əsirlərin mübadiləsi zamanı azad edilən S.Qaruşin yenidən “Azov” briqadasında xidmətə başlayıb.

Baku TV-yə açıqlama verən S.Qaruşin əsirlikdə olanda hətta rusiyalı hərbçiləri xilas etdiyini, dəfələrlə onlara tibbi yardımlar göstərdiyini bildirib:

“Bir hadisədən bəhs edim. Rusiyanın Çelyabinsk şəhərindən olan hərbçiyə rast gəlmişdik, o, yaralı idi. Onun sözlərinə görə, kiçik övladı xəstə idi və müalicəsi üçün çoxlu pul lazım idi. Qolu qəlpə ilə zədələnmişdi. Yəni qolunu tamamilə itirə bilərdi. Ancaq əməliyyat yolu ilə onun həyatını xilas etdik. Belə yardımlarımız dəfələrlə olub.

Bəzən ironiyalı vəziyyətlərlə də üzləşirik. Elə olur ki, NATO-ya, ABŞ-yə düşmən olan Rusiyanın əsgəri əsir düşür və qolunda ABŞ istehsalı olan rezin bantla gətirirlər. ABŞ istehsalı olan həmin rezin bant onu xilas edir. Ən çətini isə hərbçilərin öz dostlarının cansız bədənini paketlərdə gətirmələridir. Onlar birgə çiyin-çiyinə döyüşdüyümüz, əvvəllər birlikdə xidmət etdiyimiz insanlardır. Bu, mənəvi cəhətdən çox ağırdır”.

Qeyd edək ki, qeyri-rəsmi statistikaya görə, müharibə müddətində 100-ə yaxın ukraynalı hərbi həkim itkin və ya əsir düşüb. 100-dən çox həkim isə həlak olub.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 152 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 152 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 152 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 152 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 152 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 152 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 152 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 152 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 152 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 152 baxış
Seçilmişlər
icon