Ukraynalılar ayağa qalxdı | Aksiya başladan Kiyev sakinləri nə tələb edir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Müharibə dövründə yaxınları əsir və ya itkin düşən ukraynalılar Kiyevin mərkəzində toplaşaraq aksiyalara başlayıblar.
Aksiya iştirakçıları yerli hökumətdən və beynəlxalq təşkilatlardan itkin düşənlərin taleyinin aydınlaşdırılmasını, əsir götürülənlərin isə tezliklə azad edilməsini tələb edirlər.
Onların sözlərinə görə, əsirlikdə olanlar arasında müharibənin ilk günlərindən tutulmuş şəxslər də var və onların sayı kifayət qədər çoxdur. İtkin düşənlərin sayı isə hər gün dəyişir. Hazırda cəbhədə qarşılıqlı hücumların intensivləşməsi fonunda bu rəqəmlər sürətlə artır.
“Bu mitinqə gəlmişəm ki, insanlardan ərimə ölümündən sonra “Ukrayna Qəhrəmanı” adının verilməsi ilə bağlı petisiyanı imzalamalarını xahiş edim. O, əsirlikdə öldü, xilas edilmədi. Təəssüf ki, ərlərimiz həlak olur, biz isə gəlib insanlardan xahiş etməli oluruq ki, bu adın verilməsi üçün petisiyanı imzalasınlar. Mən tələb edirəm. Məni heyrətləndirən odur ki, ölkəmizdə müharibədə həlak olanlar hələ də öz yaxınlarına “borclu” qalır. Yəni onların yaxınları dövlətdən bu adı demək olar ki, yalvararaq almalıdırlar. Hesab edirəm ki, həlak olanların hamısına avtomatik olaraq “Ukrayna Qəhrəmanı” adı verilməlidir”, – deyə Kiyev sakini bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi ildə bir neçə dəfə həyata keçirilir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
