“Ukraynalılar bu ərazilərdən əl çəkmədilər” | Zelenski tarixi görüş üçün ABŞ-də
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gəlib.
V.Zelenski “Telegram” kanalında hamının eyni dərəcədə müharibəni tez və etibarlı şəkildə bitirmək istədiyini vurğulayıb:
“Necə ki, illər əvvəl Ukrayna Krım və Donbasın bir hissəsindən imtina etmək məcburiyyətində qaldı və Putin bundan sadəcə olaraq yeni hücum üçün tramplin kimi istifadə etdi. Yaxud 1994-cü ildə Ukraynaya guya “təhlükəsizlik zəmanəti” verilsə də, bir nəticə olmadı. Təbii ki, o zaman Krımdan imtina etməyə dəyməzdi, necə ki, 2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan əl çəkmədilər. Ukraynalılar öz torpaqları, müstəqillikləri uğrunda mübarizə aparırlar. İndi Donetsk və Sumı vilayətlərində əsgərlərimiz uğur qazanır”.
“Əminəm ki, biz Ukraynanı qoruyacağıq, onun təhlükəsizliyinə səmərəli təminat verəcəyik və xalqımız dəstək və əvəzsiz köməyə görə Prezident Trampa, Amerikadakı hər kəsə, hər bir tərəfdaşa həmişə minnətdar olacaq. Rusiya özünün başladığı bu müharibəyə son qoymalıdır”, – deyə Ukrayna Prezidenti əlavə edib.
Xatırladaq ki, görüşə saatlar qalmış Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımdan imtina etməklə və ölkənin NATO-ya daxil olmaq ideyasından əl çəkməklə Rusiya-Ukrayna münaqişəsini dərhal dayandıra bilər.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
