Ukraynalıları öldürmək əmrini kim verib?
Yeniliklərdən dərhal xəbərdar olun
"Vaqner" muzdlu hərbi təşkilatının komandiri olduqlarını iddia edən 2 rusiyalı Ukraynada uşaqlar da daxil olmaqla mülki əhalini hədəf aldıqlarını etiraf ediblər.
Bu şəxslər keçmiş məhkumlar – Əzəmət Uldarov və Aleksey Saviçevdir. Onlar müharibə zamanı döyüşməkdən imtina edən 60 yaralı məhbusu edam etdiklərini də bildiriblər.
Ə.Uldarov və A.Saviçev “Vaqner” təşkilatının rəhbəri Yevgeni Priqojindən “qabağınıza çıxan hər kəsi öldürün” əmrini aldıqlarını deyiblər. “Mən istəyirəm ki, Rusiya vətəndaşları və digər xalqlar həqiqəti bilsinlər. Müharibənin davam etməsini və daha çox qanın tökülməsini istəmirəm”, – deyə Ə.Uldarov qeyd edib.
Məlumat üçün bildirək ki, sözügedən hərbi təşkilatın üzvləri sağ qaldıqları zaman dövlət tərəfindən əfv edilir və ya cəzaları yüngülləşdirilir.
#Vaqner hərbi şirkəti teqi istifadə olunub
- Yevgeni Priqojinin sağ olduğu ilə bağlı iddialar yayıldı
- "Vaqner" qrupu Malidən çıxarıldı | Rusiya gücünü belə göstərir
- Putin Priqojının ruhunu şad etdi | Rusiya Afrikada nə etməyə çalışır?
- Əsədin qüvvələrinə qarşı döyüşənlər “türkiyəyönlü qruplaşma” ilə birgə hərəkət edir?
- “Vaqner”lə bağlı qalmaqal | Ukraynanın bu addımı aranı daha da qarışdırdı
