Ukraynanın paytaxtına dəhşətli dron hücumu | Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın paytaxtı Kiyev martın 22-si gecə saatlarında Rusiya Ordusunun kamikadze dronlarla həyata keçirdiyi hava hücumuna məruz qalıb.
Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti hücum nəticəsində 3 nəfərin həlak olduğunu və şəhərin müxtəlif bölgələrində yanğınların baş verdiyini bildirib. Həlak olanlardan biri 5 yaşlı uşaqdır.
Dneprovski rayonunda doqquzmərtəbəli yaşayış binasının yuxarı mərtəbələrində və damında 100 kvadratmetr sahədə baş verən yanğın söndürülüb. Hadisə nəticəsində bir qadın həyatını itirib, binadan 27 nəfər təxliyə olunub.
Qoloseyevski rayonunda isə 4 mərtəbəli ofis-anbar binasında 2000 kvadratmetr ərazidə yanğın baş verib. Burada yerləşən yaşayış konteyneri və yük maşınları da zərər görüb, bir nəfər isə həyatını itirib.
Kiyev meri Vitali Kliçko hücum nəticəsində azı yeddi nəfərin yaralandığını, onlardan birinin xəstəxanaya yerləşdirildiyini bildirib.
Kiyev Vilayət Administrasiyası isə Buça rayonunda dron zərbəsi nəticəsində iki nəfərin yaralandığını açıqlayıb. Hücum zamanı Dneprovski, Podolski, Qoloseyevski, Desnyanski və Şevçenkovski rayonlarında çoxsaylı yanğınlar qeydə alınıb.
Rusiya tərəfi hələlik hücumla bağlı rəsmi açıqlama yaymayıb.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
