Pleyeri seçin:

Ukraynanın paytaxtına hava hücumu davam edir

22 dekabr 2023 116 baxış

Ukrayna paytaxtı Kiyev növbəti dəfə hava hücumlarına məruz qalıb.

İran istehsalı olan dronlar vasitəsilə edilən hava hücumları Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilsə də, onların qalıqları yaşayış yerlərində, şəxsi avtomobillərdə ciddi zərərə səbəb olub.

Zərərçəkənlər arasında Kiyevdə yaşayan azərbaycanlılar da var. Yaşadıqları mənzillər ciddi zərər görən həmyerlilərimiz xoşbəxtlikdən evlərində olmadıqları üçün insan tələfatı olmayıb. Buna baxmayaraq, mülki ukraynalılar arasında yaralananlar var.

Kiyev hərbi administrasiyasından bildirilib ki, Ukrayna paytaxtına son 6 gündə dronlarla 3-cü, dekabr ayı ərzində isə 5-ci hücum gerçəkləşdirilib:

“Dronlardan biri Kiyevin Solomensk rayonunda bədbəxt hadisəyə səbəb olub. Çoxmərtəbəli evin yuxarı 3 mərtəbəsində yanğın baş verib, digər 3-də isə pəncərələr sınıb. İlkin məlumatlara görə, 2 nəfər müxtəlif dərəcəli kəsik xəsarətləri alıb, 1 nəfər xəstəxanaya yerləşdirilib.

Darnitsk rayonuna dron hissələrinin düşməsi qeydə alınıb. Orada 2 mərtəbəli fərdi evdə yanğın baş verib. Xəsarət alan yoxdur. Qoloseyevsk rayonuna da dron hissələri düşüb. Xəsarət alan olmayıb”.

Qeyd edək ki, gün ərzində bütün Ukrayna üzrə hava hücumu xəbərdarlığı davam edib. Bu əvvəlki aylarla müqayisədə rekord vəziyyətdir.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 116 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 116 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 116 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 116 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 116 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 116 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 116 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 116 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 116 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 116 baxış
Seçilmişlər
icon