Ukraynanın təhlükəsizliyi üçün yeni model Rusiyanı qane edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Ukrayna arasında sülh sazişi əldə olunarsa, ABŞ yaradılması planlaşdırılan geniş bufer zonanın nəzarətini həyata keçirə biləcək əsas tərəf ola bilər.
“NBC News”un məlumatına görə, Ukraynanı Rusiyadan qorumaq məqsədilə planlaşdırılan zona ABŞ daxil olmaqla Ukraynanın müttəfiqlərinin hərbi rəsmiləri tərəfindən müzakirə olunur. Bu zonanın qorunması üçün isə Səudiyyə Ərəbistanı, hətta Banqladeş kimi NATO-ya daxil olmayan ölkələrin əsgərləri yerləşdirilə bilər.
Nəşrin yazdığına görə, ABŞ hərbçilərinin isə Ukraynaya göndərilməsi planlaşdırılmır.
“Ukraynanın təhlükəsizliyi xarici hərbi kontingentlər tərəfindən təmin edilə bilməz, bu, Rusiyanı qane etməyəcək”.
Bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
“Ukraynanın təhlükəsizliyini xarici, xüsusilə də Avropa və Amerika hərbi kontingentləri təmin edə bilərmi? Qətiyyən yox, edə bilməzlər. Bu, ölkəmizi qane edəcək təhlükəsizlik zəmanəti ola bilməz”, – deyə Peskov əlavə edib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
